BAKI, 6 oktyabr. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubio Reykyavikdə İslandiyanın Baş naziri Kristrún Fróstadóttir ilə ikitərəfli təhlükəsizlik əməkdaşlığını müzakirə etdiyini bildirib.
Teleqraf xəbər verir ki, ABŞ dövlət katibi X-də yazıb: "Təhlükəsizlik sahəsində əməkdaşlığımızı müzakirə etmək üçün İslandiyanın Baş naziri Kristrún Frostadottir ilə əla görüş keçirdim".
O, Frostadottir ilə enerji və iqtisadi sahələrdə əməkdaşlıq üçün yeni imkanlar barədə danışıb.
Dövlət Departamentinin görüşdən sonrakı yazılı açıqlamasında həmçinin Rubio və Frostadottirin İslandiyanın elektrik enerjisi istehsalını artırmağın, texnoloji əməkdaşlığın dərinləşdirilməsinin və əczaçılıq sənayesində əməkdaşlığın genişləndirilməsinin mümkün yollarını müzakirə etdikləri aydınlaşdırılıb.
Onlar həmçinin İslandiyanın yeni müdafiə və təhlükəsizlik siyasətini də müzakirə ediblər.