BAKI, 25 sentyabr. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xarici qüvvələrin İranın daxili işlərinə qarışmasının yolverilməz olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bunu Türkiyə lideri ABŞ-nin "Newsweek" jurnalına müsahibəsində deyib.
Onun sözlərinə görə, İranın daxili məsələləri kənar müdaxilə olmadan yalnız bu ölkənin xalqı tərəfindən həll edilməlidir:
"Etnik və məzhəb zəminində qarşıdurmaların qızışdırılması İranı və bütün regionu uzunmüddətli qeyri-sabitliyə sürükləyə bilər. Buna yol vermək olmaz".
Ərdoğan əlavə edib ki, Ankara bölgədəki heç bir icmanın digər ölkələrin vassal müharibələrində alət kimi istifadə olunmasının əleyhdarıdır.