BAKI, 25 sentyabr. TELEQRAF

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın hərbi rəhbərləri husilərin hücumlarına qarşı birgə müdafiə məqsədilə təcili toplantı keçirəcəklər.

Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Nyu-Yorkda baş tutan danışıqlarda Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan, türkiyəli həmkarı Hakan Fidan və Pakistan baş nazirinin müavini, xarici işlər naziri Məhməməd İshaq Dar iştirak ediblər.

Tərəflər Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində krallığa dəstək məsələlərini müzakirə ediblər.