ŞƏMKİR, 16 sentyabr. TELEQRAF

Şəmkirdə yaşayış evi yandırılıb.

Teleqraf-ın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Xuluf kəndində qeydə alınıb.

İlkin məlumata görə, 1998-ci il təvəllüdlü Rauf Vəliyev ailə üzvləri ilə mübahisə etdikdən sonra yaşadığı evi yandırıb. O, daha sonra hadisə yerindən qaçıb.

Əraziyə Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.