BAKI, 3 noyabr. TELEQRAF
"Əgər telefonla danışsaq, Rusiya bundan bir daha görüşməmək üçün fürsət kimi istifadə edəcək".
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya kansleri Fridrix Merz ilə keçirdiyi mətbuat konfransında bildirib.
Zelenski əlavə edib ki, telefon danışıqlarını faydasız hesab edir. O həmçinin danışıqlar üçün Moskvaya getməkdən imtina edib: "Heç kim Moskvaya səfəri dəstəkləməyəcək".