BAKI, 5 sentyabr. TELEQRAF

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Praqadakı CEVRO Universitetində çıxışı zamanı Azərbaycanla 44 günlük müharibədə 4800 hərbçi itirdiklərini açıqlayıb.

Teleqraf xəbər verir ki, məsələ Ermənistanda müzakirə mövzusuna çevrildikdən sonra Prezident Administrasiyasının mətbuat xidmətinin rəhbəri Ağasi Marqaryan açıqlama verib.

Marqaryan yerli medianın sorğusuna cavab olaraq Vaaqn Xaçaturyanın səhvə yol verdiyini və ölənlərin sayının 3755 olduğunu iddia edib.

“Səhv üçün üzr istəyirik, düzəliş edirik: 44 günlük müharibədə qurbanların sayı 3755 nəfərdir”, - Marqaryan bildirib.

Ermənistan Prezidenti 2-4 sentyabr tarixlərində Çexiyada rəsmi səfərdə olub.