BAKI, 5 sentyabr. TELEQRAF

ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başlamasından altı ay sonra Tehranın öz imkanlarına inamı artıb.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti ABŞ kəşfiyyat məlumatlarına və ekspertlərin qiymətləndirmələrinə istinadən yazıb.

Nəşrin məlumatına görə, İran hazırda öz imkanlarını daha yaxşı dərk edir və eyni zamanda ABŞ-nin hərbi gücünün sərhədlərini görür.

Qəzet xatırladır ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı sürətli və qəti qələbə əldə ediləcəyini proqnozlaşdırmışdı. Lakin hərbi əməliyyatların başlanmasından altı ay sonra Tehran Yaxın Şərqdəki hədəflərə cavab zərbələri endirmək imkanlarına daha çox əmin olmağa başlayıb.

NYT-nin məlumatına görə, İran eyni zamanda Hörmüz boğazına nəzarətlə bağlı imkanlarını daha yaxşı qiymətləndirir.

Mənbələr bildiriblər ki, Tehranın hazırkı şəraitdə Vaşinqtonla razılaşmaya getməsi ehtimalı azdır. Qəzet bunun ABŞ-də Konqresə aralıq seçkilər ərəfəsində Tramp administrasiyası üçün siyasi çətinlikləri artıra biləcəyini qeyd edib.