BAKI, 4 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiyanın NATO ölkələrinə hücum etmək niyyətində olmadığına əminliyini ifadə edib.

Teleqraf xəbər verir ki, o, bu açıqlamanı Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada verib.

"Düşünmürəm ki, Putin bunu edəcək", - deyə Tramp Rusiyanın NATO ölkələrinə hücum etmək niyyətində olduğu iddialarına münasibət bildirmək istəyinə cavab olaraq bildirib.

"Mən onunla danışıram. Mən onu çox yaxşı tanıyıram. Putinin NATO ərazisinə hücum etmək niyyəti yoxdur", - deyə Amerika lideri vurğulayıb.