BAKI, 5 sentyabr. TELEQRAF

Yəmən hakimiyyəti İrana və Husilərə Qırmızı dənizi Ədən körfəzi ilə Ərəb dənizində birləşdirən Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirməyə heç vaxt icazə verməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə Yəmən Prezident İdarəetmə Şurasının sədri Rəşad əl-Alimi bildirib.

Əl-Hadath TV- nin verdiyi məlumata görə, əl-Alimi deyib ki, Husilər Bab əl-Məndəb boğazına yaxınlaşmağı düşünsələr, ciddi itkilərlə üzləşəcəklər.

O, ölkəsinin heç bir halda İranla əlaqəli Husilərə Bab əl-Məndəbi nəzarət altına almağa icazə verməyəcəyini vurğulayıb.