BAKI, 5 sentyabr. TELEQRAF
“ABŞ administrasiyası Ukrayna məsələsinin həlli ilə bağlı yanaşmasında Kiyevin xeyrinə olmayan məqamalardakı reallıqları (Rusiya işğalını – red.) nəzərə almalıdır”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerin Moskvaya səfərini TASS-a şərh edərkən deyib.
“Əsas məsələ ABŞ administrasiyasının mövcud böhrana real həll axtarışına nə qədər hazır olub-olmamasıdır. Burada yalnız daim haqqında danışdığımız ilkin səbəblər deyil, həm də daim dəyişən və Kiyevin xeyrinə olmayan yerdəki vəziyyət nəzərə alınmalıdır”, - nazir müavini qeyd edib.
Xatırladaq ki, ABŞ nümayəndələri sentyabrın 5-6-da Moskva və Kiyevdə səfərdə olacaqlar.