BAKI, 4 sentyabr. TELEQRAF
ABŞ hökuməti başlatdığı müharibə nəticəsində Yaxın Şərq ölkələrinə dəyən bütün ziyanı kompensasiya etməli və qüvvələrini regiondan çıxarmalıdır.
Teleqraf xəbər verir ki, bu fikirləri İran ordusunun sözçüsü Məhəmməd Əkrəmi deyib.
Onin sözlərinə görə, bu, Vaşinqton üçün ən ağlabatan qərardır.
"ABŞ üçün ağlabatan həll yolu reallıqları qəbul etmək, xərcləri ödəmək və regionu tərk etməkdir. Bu, regionda təhlükəsizliyi təmin edəcək və Amerika xalqını rifaha yaxınlaşdıracaq", o qeyd edib.
Əkrəmi əlavə edib ki, ABŞ ordusunun regiondakı bütün problemləri və amerikalıların çətinlikləri İslam Respublikasına qarşı təcavüz edən Vaşinqtonun səhvlərindən qaynaqlanır.