BAKI, 1 sentyabr. TELEQRAF
ABŞ administrasiyası sanksiyalar vasitəsilə Tehranı Vaşinqtonla razılığa gəlməyə məcbur etməyi hədəfləyir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.
Bessent qeyd edib ki, ABŞ İranı "iqtisadi cəhətdən boğmaq" niyyətindədir.
"ABŞ Prezidenti Donald Trampın dediyi kimi, İranla anlaşma memorandumunun işləməməsinin səbəbi onların razılaşmaya hazır olmamaları idi. Mənim işim onları razılaşmanı istəməyə vadar etməkdir və onlar da bunu etmək istəyəcəklər”, - deyə nazir vurğulayıb.