BAKI, 1 sentyabr. TELEQRAF

ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon İsmayıllının tarixi yerlərindən biri olan Basqala səfər edərək onun zəngin mədəni irsi, ənənəvi sənətkarlığı ilə tanış olub.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Qədim tarixə malik olan Basqal kəlağayı sənəti və ipəkçilik ənənələri ilə xüsusilə seçilir", - paylaşımda bildirilib.

E. Karlon bölgənin zəngin tarixi-mədəni irsi, əsrlər boyu yaşadılan sənətkarlıq ənənələri və özünəməxsus ab-havası ilə yaxından tanış olub.