BAKI, 1 sentyabr. TELEQRAF
ABŞ və Çin İranla bağlı vəziyyət ətrafında məsləhətləşmələr aparır və bir çox məsələdə ortaq mövqeyə malikdirlər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent məlumat verib.
"Hamı məndən "bəs Çin necə?" deyə soruşur. Mən isə belə cavab verirəm: İran məsələsində Çinlə fikir ayrılıqlarımızdan çox ortaq nöqtələrimiz var. Çin İranın nüvə silahına sahib olmamalı olduğu fikri ilə razıdır. Çin Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin edilməsinin vacibliyini qəbul edir. Buna görə də, həmin məqsədlərə nail olmaq üçün onlarla qapalı danışıqlar aparmışıq", - deyə nazir qeyd edib.