BAKI, 1 sentyabr. TELEQRAF

Bakının Səbail rayonunda “Ramada” istirahət mərkəzində oğurluq edilib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Əfsun Babayev (ad-soyad şərti verilib – red.) istirahət mərkəzində olan vətəndaşa məxsus “İphone 13” markalı mobil telefonu oğurlayıb.

Məlum olub ki, o, oğurladığı həmin telefonu 100 manata satıb.

Babayevin barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə iş qaldırılıb və Səbail Rayon Məhkəməsinin qərarı ilə o, 350 manat cərimə olunub.