BAKI, 4 avqust. TELEQRAF

İran hakimiyyəti Rəzəvi Xorasan əyalətindəki Taybad Mərkəzi Həbsxanasında üçü Əfqanıstan vətəndaşı, biri isə Bəluc məhbusu olmaqla ən azı beş məhbusu gizli şəkildə edam edib.

Teleqraf xəbər verir ki, bu barədə "Hengaw" İnsan Hüquqları Təşkilatı məlumat yayıb.

Bildirilir ki, edamlar 29 iyul 2026-cı il tarixində sübh tezdən həyata keçirilib. Təşkilat üç Əfqanıstan vətəndaşının - Şəbərqandan olan 56 yaşlı Molla Rabie Abdulmohammadi, 24 yaşlı Saxi Abdulmohammadi və Kunduzdan olan 27 yaşlı Qaed Nasiri olduğunu müəyyən edib.

Hakimiyyət orqanları həmçinin Taybaddan olan 37 yaşlı məhbus Mozaffar Minapuru və 40 yaşlı bəluc məhbusu Nader Abilini edam edib.

İşlə tanış mənbələr bildirib ki, Molla Rabie Abdulmohammadi və Saxi Abdulmohammadi iki il əvvəl narkotiklə bağlı birgə iş üzrə həbs olunublar. Qaid Nasiri dörd il, Nadir Əbil beş il və Mozaffar Minapur üç il həbsdə olub, daha sonra İran məhkəməsi tərəfindən narkotiklə bağlı ittihamlarla beş nəfərin hamısı edam cəzasına məhkum edilib.

İranın dövlət mediası və məhkəmə orqanları edamların sayını ictimaiyyətə açıqlamayıb.