BAKI, 4 avqust. TELEQRAF

Kiyev rejimi sözün əsl mənasında qlobal iqtisadiyyatı öz xeyrinə yenidən formalaşdırmağa və Kiyev vasitəsilə Rusiyaya sözdə strateji məğlubiyyət vurmağa çalışan "qlobal Qərb elitalarının nümayəndəsinə" çevrilib. Buna görə də, Ukraynanın Xəzər Boru Kəməri Konsorsiumuna (XBKK) hücumlarından kimin faydalandığı Moskva üçün aydındır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin 3-cü Rusiya-Qazaxıstan Media Forumu zamanı TASS-a açıqlamasında bildirib.

O qeyd edib ki, Kiyev rejimi enerji bazarı da daxil olmaqla, qlobal iqtisadiyyatı öz xeyrinə yenidən formalaşdırmağa çalışan qlobal Qərb elitalarının nümayəndəsidir.

"Buna görə də, Kiyevin hərəkətlərindən kimin faydalandığı göz qabağındadır", - deyə diplomat vurğulayıb.

"Düzgün xatırlayıramsa, Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevin iyulun 29-da ABŞ dövlət katibi Marko Rubio ilə bu məsələlərlə bağlı danışması təsadüfi deyil. Əlbəttə ki, Qərb rəhbərliyinin Rusiyaya sözdə strateji məğlubiyyət vurmaq əmrlərini yerinə yetirməyə çalışır",- Qaluzin qeyd edib.