BAKI, 4 avqust. TELEQRAF
İran Avropa ölkələrinin Hörmüz boğazındakı mina təmizləmə əməliyyatında iştirakını nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Nəşrin yazdığına görə, Tehran bu addımı atmaq qərarına gələrsə, ABŞ ilə razılığa gəlmə ehtimalı daha yüksək olacaq.
İran rəhbərliyi daxilində bu məsələ ilə bağlı fikir ayrılıqları qalmaqdadır. SEPAH dəniz minalarını təmizləmək səlahiyyəti olan yeganə ölkənin İran olduğunu bəyan edib. Bu qərarı hansı qurumların təsdiqlədiyi dəqiqləşdirilməyib.
İran ABŞ və İsrailin hərbi əməliyyatı başladıqdan qısa müddət sonra Hörmüz boğazının nəzarəti altında olan hissəsini minalayıb. Fransa və Böyük Britaniya Hörmüz boğazındakı minaları təmizləmək üçün Aspides Aİ dəniz missiyasının göndərilməsini təklif ediblər. Bunun üçün bütün 27 Aİ üzv dövlətinin razılığı və bölgədə müvafiq şərait tələb olunur.
SEPAH Hörmüz boğazında təhlükəsiz naviqasiya marşrutlarını qoruyur. ABŞ ilə danışıqların uğursuzluğundan sonra Tehran su yolunda hərəkəti tam şəkildə tənzimləməkdə və gəmilərdən rüsum almaqda israr edir.
İran son sülh danışıqları zamanı bu məsələ ilə bağlı mövqeyini xeyli yumşaldıb.