BAKI, 29 iyul. TELEQRAF
İsrail Müdafiə Qüvvələri (İMQ) məqsədləri yerinə yetirilənə qədər Livandakı təhlükəsizlik zonasında qalacaq və zərurət yaranarsa, əlavə əraziləri işğal etməyə hazırdır.
Teleqraf xəbər verir ki, bunu İMQ Baş Qərargah rəisi Eyal Zamir bildirib.
Zamir deyib: "Biz Livanda təhlükəsizlik zonası yaratmışıq və onu terrorçu infrastrukturundan təmizləyirik. İsrail Müdafiə Qüvvələri İsrail dövlətinin təhlükəsizliyinə cavabdehdir və uzunmüddətli təhlükəsizlik təmin olunana qədər təhlükəsizlik zonasını tərk etməyəcəyik".
Bundan əlavə, o bildirib ki, İsrail lazım gələrsə, Livanda əməliyyatları dərinləşdirəcək və əlavə ərazilər tutacaq: "Biz aydın təhlükəsizlik doktrinasına uyğun olaraq fəaliyyət göstəririk: yaşayış məntəqələrimizə və İsrail mülki əhalisinə birbaşa təhlükə olan hər yerdə müdafiə mövqelərini qoruyuruq".
Zamirin sözlərinə görə, İsrail Müdafiə Qüvvələri Livan, Suriya, Qəzza, Şeriya və digər ərazilərdə fəaliyyət göstərir: "Missiyalarımız daim inkişaf edir və onları yerinə yetirmək üçün qoşunlarımızın sayını artırmalıyıq".