BAKI, 25 iyul. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev vilayətində silah sərgisinin keçirildiyi poliqona endirilən zərbəni təsdiqləyib.

Teleqraf xəbər verir ki, Zelenski "Teleqram" kanalında yayımladığı videomüraciətdə bildirib ki, Kiyev vilayətinin Buça rayonunda hədəfə alınan tədbir həmin ərazidə keçirilməməli idi.

"Buça rayonunda hədəf alınan tədbir orada qətiyyən keçirilməməli idi", - deyə o bildirib.

Bundan əvvəl Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat bəyan etmişdi ki, Kiyev yaxınlığındakı poliqonda keçirilən hərbi texnika sərgisi özəl ərazidə təşkil olunub.