BAKI, 17 iyul. TELEQRAF
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Bakı və Moskva çətin bir mərhələni keçib və ikitərəfli münasibətlərin bütün spektrini tam normallaşdırıb.
Teleqraf xəbər verir ki, bunu Moskvaya səfəri zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya XİN rəhbəri Sergey Lavrovla birgə mətbuat konfransı zamanı deyib.
"Yaxın keçmişdə ikitərəfli münasibətlərimizdə çətinliklərlə qarşılaşmışıq: "Məmnuniyyət hissi ilə qeyd etmək istərdik ki, biz, iki dövlət münasibətlərimizdəki bu çətin mərhələni geridə qoya və Rusiya-Azərbaycan münasibətlərinin bütün spektrini tam normallaşdıra bildik".