BAKI, 15 iyul. TELEQRAF
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 16-17 iyul tarixlərində Rusiyaya səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Zaxarovanın sözlərinə görə, Azərbaycan xarici işlər naziri 16-17 iyul tarixlərində Rusiyaya səfər edəcək və Lavrovla danışıqlar planlaşdırılır.