BAKI, 15 iyul. TELEQRAF

GƏNCƏ, 15 iyun. TELEQRAF

Samux rayonunda zəhərlənmə diaqnozu ilə şöbəmizə gətirilən xəstələrin heç birinin vəziyyəti ağır deyil. Onların müalicələri xəstəxanada davam edir

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, bu barədə jurnalistlərin suallarını cavablandıran Abbas Səhət adına Gəncə Birləşmiş Yolxucu Xəstəliklər Xəstəxanasının həkimi Əli Quliyev bildirib.

"Gətirilənlərə müxtəlif çeşidli qidalar, əsasən, halva və südlü aş yeyiblər. Onlarda halsızlıq və ishal əlamətləri olub. Xəstələrə lazımı tədbirlər görülüb. Müalicələri davam edir."

Məlumat üçün bildirək ki, Alışuşağı kəndində baş verən hadisə zamanı vətəndaş uzun illər öncə vəfat edən atasının il dönümü ilə bağlı ehsan verib.