BAKI, 15 iyul. TELEQRAF
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Teleqraf xəbər verir ki, iclasda Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 244-1-ci maddəsinin İnzibati Xətalar Məcəlləsinin 401-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Baş Prokurorluğun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Sorğuya mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun avqustun 6-na təyin edilmiş iclasında baxılacaq.