BAKI, 15 iyul. TELEQRAF

Azərbaycanda 2029-cu ildə keçiriləcək əhalinin siyahıyaalınmasına hazırlıq işlərinə başlanılıb.

Teleqraf- xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Statistika Komitəsi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, 2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.