BAKI, 15 iyul. TELEQRAF
Azərbaycanın Gənclər və İdman Nazirliyinin və Milli Aviasiya Akademiyasının dəstəyi, Milli Aviasiya Akademiyası Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Quba Olimpiya İdman Kompleksində “SKYLAB” düşərgəsi keçirilib.
Teleqraf xəbər verir ki, düşərgə çərçivəsində Quba Rayon Məhkəməsinin hakimi Nigar Xəlilova tərəfindən “Hüquqi tənzimləmələr” mövzusunda təlim keçirilib.
Təlim zamanı hüququn cəmiyyətdəki rolu, hüquqi məsuliyyət, qanunvericiliyin əsas prinsipləri və müxtəlif sahələrdə hüquqi tənzimləmələrin əhəmiyyəti haqqında ətraflı məlumat verilib.
İştirakçılar mövzu ətrafında fikir mübadiləsi apararaq hüquqi biliklərini zənginləşdirmək və hüquqi məsələlərə daha geniş prizmadan yanaşmaq imkanı əldə ediblər.
.jpg)
.jpg)

.jpg)