BAKI, 13 iyul. TELEQRAF

Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa ərizəsi yazıb.

Teleqraf xəbər verir ki, o, ərizəsini Ali Radaya təqdim edib.

Ərizə yaxın vaxtlarda müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Yuliya Sviridenko 2025-ci il iyulun 17-də Baş nazir vəzifəsinə təyin olunmuşdu. Bundan əvvəl o, Ukrayna Baş nazirinin birinci müavini və iqtisadiyyat naziri vəzifələrində çalışıb.

Ukrayna Prezidenti Volodimir Zelenski daha öncə bildirib ki, ölkədə yenilənmiş siyasi strategiyanın icrasını təmin etmək məqsədilə Baş nazir Yuliya Sviridenko vəzifəsindən istefa verib.

Dövlət başçısı bildirib ki, hökumətin yenilənməsi məsələsi Baş nazir Yuliya Sviridenko ilə birgə müzakirə olunub:

"Yenilənmiş siyasi strategiyanın reallaşdırılması üçün kadr dəyişikliklərinə başlayırıq. Dəyişikliklərin həyata keçirilməsi üçün Nazirlər Kabinetinin yenilənməsi labüddür. Mən Yuliya Sviridenkoya komandadakı effektiv və nəticəyönümlü fəaliyyətinə görə təşəkkür edirəm və ona ölkəmizin əsas tərəfdaşı ilə münasibətlərdə yeni, mühüm bir istiqamətə rəhbərlik etməyi təklif etdim".