BAKI, 13 iyul. TELEQRAF

Yəməndə İranın dəstəklədiyi Husi üsyançıları tərəfindən atılan ballistik raketlər səbəbindən Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri işə düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın sözçüsü Turki əl-Maliki bildirib.

O, Husilərin Səudiyyə Ərəbistanının cənubuna ballistik raketlərlə hücum etdiyini deyib.

Husilər hələlik məsələ ilə bağlı heç bir açıqlama verməyiblər.