BAKI, 13 iyul. TELEQRAF

ABŞ-nin özəl və dövlət sektorlarına yönəlmiş haker fəaliyyətinə dəstək göstərməkdə ittiham olunan Belarus və Ukrayna vətəndaşına qarşı sanksiyalar tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamentinin birgə bəyanatında bildirilib.

Qeyd edilib ki, məhdudiyyətlər siyahısına Belarus vətəndaşı Yevgeni Silayev və ukraynalı Dmitri Raşevskinin adları daxil edilib.

Y.Silayev və D.Raşevski ABŞ-nin xəstəxanalarına, məktəblərinə, özəl şirkətlərinə və yerli idarəetmə orqanlarına qarşı fidyə proqramlarından istifadə edən hakerlərə kömək göstəriblər.