BAKI, 13 iyul. TELEQRAF
İranın ali rəhbəri Müctəba Xamenei Rusiya ilə münasibətlərin genişləndirilməsinin tərəfdarıdır.
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Rusiyanın energetika naziri Sergey Tsivilyevlə görüşündə bəyan edib.
"Rusiya ilə münasibətlər hər zaman İranın mərhum liderinin, eləcə də hazırkı ali rəhbərin diqqət mərkəzində olub. Bu kurs bundan sonra da ardıcıl və qətiyyətlə davam etdiriləcək", - o deyib.