BAKI, 13 iyul. TELEQRAF
Macarıstan parlamenti ölkə Prezidenti Tamaş Şuyokun vəzifəsindən kənarlaşdırılmasını nəzərdə tutan konstitusiyaya 17-ci düzəlişi qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə parlamentin sədri Aqneş Forsthoffer məlumat verib.
"Qanun layihəsinin lehinə 139 deputat səs verib, 6 nəfər isə əleyhinə çıxıb", - spiker bildirib.