BAKI, 10 iyul. TELEQRAF
Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 3 889 nəfərə yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə Milli Assambleyası məlumat yayıb.
Məlumata görə, təbii fəlakət nəticəsində 16 740 nəfər xəsarət alıb, 17 907 nəfər isə evsiz qalıb. Zəlzələ zamanı 190 bina tamamilə dağılıb, 856 tikiliyə ciddi ziyan dəyib.
Açıqlamada qeyd olunub ki, axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib. Ümumilikdə 28 836 nəfər xəstəxana və digər tibb müəssisələrində müalicə alıb.
Bundan başqa, zərərçəkmiş 86 794 ailəyə yardım göstərilib, onlara 9 603 ton ərzaq məhsulu çatdırılıb.
Qeyd edək ki, iyunun 24-ü axşam saatlarında Venesuelada 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentrləri Yarakuy ştatında bir-birindən təxminən 10 kilometr məsafədə yerləşib. Zəlzələdən sonra bölgədə minlərlə afterşok baş verib.