BAKI, 28 iyun. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın cəbhədə geri çəkildiyini iddia edərək Kiyev hakimiyyətinin terror üsullarına keçdiyini bildirib.
Teleqraf xəbər verir ki, Vladimir Putin bu barədə "Vahid Rusiya" partiyasının XXIII qurultayının birinci mərhələsinin plenar iclasında çıxışı zamanı danışıb.
Rusiya liderinin sözlərinə görə, Ukrayna tərəfi dinc sakinləri və mülki infrastrukturu hədəfə alır, həmçinin Rusiya ərazisində təxribat və terror aktları törətmək üçün insanları ələ almağa çalışır.
"Dinc sakinlərə, mülki obyektlərə məqsədli zərbələri və ölkəmiz daxilində təxribat və terror aktları törətmək üçün açıq şəkildə insanların cəlb edilməsini başqa necə adlandırmaq olar?" - deyə Putin bildirib.