BAKI, 18 iyun. TELEQRAF
Rusiya hava hücumundan müdafiə sistemləri gün ərzində ölkənin müxtəlif regionları üzərində 234 Ukrayna pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, Ukraynaya məxsus PUA-lar Belqorod, Bryansk, Vladimir, Voronej, Kaluqa, Kursk, Orel, Rostov, Ryazan, Tula, Yaroslavl və Moskva vilayətləri, eləcə də Krım üzərində zərərsizləşdirilib.