BAKI, 18 iyun. TELEQRAF

ABŞ administrasiyası İsrail ilə Suriyanın Livandakı “Hizbullah” Hərəkatı arasında hər hansı hücum mübadiləsini qəbuledilməz hesab edir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bildirib.

Vens qeyd edib ki, miqyasından asılı olmayaraq istənilən hücum tərəflər arasında razılaşma çərçivəsində yolverilməz sayılır.

“Biz miqyasından asılı olmayaraq heç bir hücum istəmirik. Miqyasından asılı olmayaraq istənilən hücum bu razılaşma çərçivəsində qəbuledilməzdir. ABŞ Livanda vəziyyətin sabitləşməsini və ölkənin cənubunda qanun və qaydanın təmin olunmasını vacib hesab edir".

O bildirib ki, məqsəd Livan hökumətinin legitim strukturlar vasitəsilə regiona nəzarəti təmin etməsi, "Hizbullah"ın orada üstünlük qurmaması və eyni zamanda İsrailə qarşı təhlükələrin aradan qalxmasıdır.

Vens əlavə edib ki, belə bir balansın yaranması həm Livan, həm də İsrail üçün gərginliyin azalmasına xidmət edəcək.