BAKI, 18 iyun. TELEQRAF
ABŞ Mərkəzi Komandanlığı İran limanlarına tətbiq olunan dəniz blokadasının aradan qaldırıldığını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, ABŞ Prezidenti tərəfindən verilən göstərişə uyğun olaraq, İran limanlarına və sahil ərazilərinə daxil olan və ya çıxan dəniz nəqliyyatına tətbiq edilən məhdudiyyətlər ləğv olunub.
“Bu gün ABŞ qüvvələri İran limanlarına və sahil ərazilərinə daxil olan və ya çıxan bütün dəniz nəqliyyatının blokadasını aradan qaldırdı. ABŞ qüvvələri Fars körfəzi və Oman körfəzində yerləşən İran limanlarına gəmilərin tranzitinə müdaxilə etmir. ABŞ-ın hərbi blokadanı tətbiq etmək üçün bütün səyləri dayandırılıb”, – bəyanatda bildirilib.