BAKI, 18 iyun. TELEQRAF
Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında İsveçrədə keçirilməsi planlaşdırılan sazişin imzalanma mərasimində iştirak etməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə CNN Pakistanın rəsmi mənbəsinə istinadən məlumat yayıb.
Məlumata görə, sənəd artıq elektron qaydada imzalanıb və tərəflər onun icrasına başlayıblar. Pakistan Vaşinqton və Tehran arasında əldə olunmuş razılaşmanın həyata keçirilməsi ilə bağlı diplomatik səylərdə iştirakını davam etdirir.