BAKI, 16 iyun. TELEQRAF

FIFA Almaniya və Kurasao yığmaları arasında keçirilən dünya çempionatının E qrup matçı öncəsi qalmaqala səbəb olan VAR hakimi Şon Evansla bağlı qərarını açıqlayıb.

Teleqraf “The Athletic”ə istinadən xəbər verir ki, təşkilat avstraliyalı hakimin İntizam Məcəlləsini pozduğunu təsdiqləyən heç bir sübutun aşkar edilmədiyini bildirib.

Matç Almaniya millisinin 7:1 hesablı qələbəsi ilə başa çatıb

Xatırladaq ki, insident oyun başlamazdan əvvəl baş verib. Televiziya yayımı zamanı Evansın ayağının yanında tərsinə çevrilmiş “OK” işarəsinə bənzər jest göstərdiyi görüntülənib. Bu işarə bəzi dairələrdə “White Power” (“Ağların gücü”) simvolu kimi qiymətləndirilir və 2019-cu ildən irqçi jest hesab olunur.

Hakim isə həmin hərəkətin qeyri-iradi olduğunu bildirib.

FIFA-nın apardığı araşdırma nəticəsində hər hansı qayda pozuntusu müəyyən edilməyib.