BAKI, 9 iyun. TELEQRAF
İsrail və İran ən azı bir həftə ərzində qarşılıqlı zərbələr endirməkdən çəkinəcəklər.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.
Ağ Ev rəhbəri İsrailin Baş naziri Benyamin Netanyahudan bəhs edərək tərəflər arasında gərginliyin müvəqqəti səngidiyini qeyd edib:
"Bizim Netanyahu ilə çox yaxşı söhbətimiz oldu. Ona zərbə vurdular, o da cavab zərbəsi endirdi. Buna görə onu qınaya bilmərəm. Lakin indi onlar bunu dayandırıblar. Beləliklə, tərəflər daha bir həftə və ya ona yaxın müddətdə bir-birlərini rahat buraxacaqlar".