BAKI, 9 iyun. TELEQRAF

Fransada dövlət qurumlarının əməkdaşları üçün nəzərdə tutulan "Tchap" mesajlaşma tətbiqinə qarşı həyata keçirilən kibertəcavüz nəticəsində 70 mindən çox dövlət qulluqçusunun məlumatlarının oğurlandığı ehtimal edilir.

Teleqraf xəbər verir ki, bu barədə "French Breaches" portalı məlumat yayıb.

Məlumata görə, "Tchap" tətbiqi dövlət strukturlarının əməkdaşları arasında daxili kommunikasiya məqsədilə istifadə olunur. Hücum nəticəsində son üç il ərzində tətbiq üzərindən göndərilən 643 minə qədər mesajın da təhlükə altına düşdüyü bildirilir.

“Darknetdə məsuliyyəti üzərinə götürən hakerin həyata keçirdiyi kibertəcavüz nəticəsində 70 mindən çox dövlət qulluqçusunun məlumatları və 643 minə qədər mesaj zərər çəkmiş ola bilər”, - məlumatda qeyd olunub.

Xəbərdə vurğulanır ki, hazırda hadisənin miqyası və sızdırılan məlumatların dəqiq həcmi araşdırılır.