BAKI, 8 iyun. TELEQRAF
Rusiya və Ukrayna bu yay razılaşma əldə edə bilməsələr, silahlı münaqişə daha uzun müddət davam edə bilər.
Teleqraf xəbər verir ki, bu fikri Ukrayna prezidentinin keçmiş mətbuat katibi Yuliya Mendel X sosial şəbəkəsində yazıb.
Onun fikrincə, münaqişə ən azı gələn ilin mart ayına qədər çəkəcək.
Mendel bunu ABŞ-də gözlənilən ara seçkiləri və qış tətilləri ilə əlaqələndirib.