BAKI, 1 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla hazırlanan sazişin Tehranın nüvə proqramını əhatə etmədiyi barədə yayılan məlumatları təkzib edib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp "Truth Social" platformasında paylaşdığı açıqlamada CNN və digər bəzi media qurumlarını yalan məlumat yaymaqda ittiham edib.

"Yalançı CNN yenə də mənim İranın nüvə proqramı ilə bağlı sazişimdə nüvə məsələsinin yer almadığı barədə saxta xəbər yayıb. Halbuki sənəddə İranın nüvə silahına malik olmayacağı açıq şəkildə göstərilib", - deyə ABŞ lideri bildirib.

Onun sözlərinə görə, sazişdə nüvə problemi ilə bağlı digər məsələlər də ətraflı şəkildə əks olunub.

"Əslində, sazişin böyük hissəsi məhz nüvə məsələsinə həsr olunub", - Tramp vurğulayıb.