BAKI, 29 may. TELEQRAF
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi "Financial Times" qəzetinə bildirib ki, Qazaxıstan Tehranın zənginləşdirilmiş uran ehtiyatını qəbul etməyə hazırdır.
Teleqraf xəbər verir ki, Qazaxıstan BAEA üzv dövlətlərindəki elektrik stansiyalarını yanacaqla təmin etmək və nüvə silahlarının yayılmasının qarşısını almaq üçün zənginləşdirilmiş uran bankına ev sahibliyi edir. Anbar 2017-ci ildə BAEA ilə əməkdaşlıq çərçivəsində açılıb.