BAKI, 29 may. TELEQRAF

ABŞ Ticarət Nazirliyi Rusiyadan palladium idxalına tarif tətbiq etməkdən imtina edib.

Teleqraf xəbər verir ki, bu barədə Federal Beynəlxalq Ticarət Komissiyasının saytında dərc olunmuş məlumatda qeyd olunur.

Komissiya Rusiyadan ABŞ-yə emal olunmamış palladiumun göndərilməsinin Amerika sənayesinə zərər vermədiyi qənaətinə gəlib.

"Mənfi nəticələri nəzərə alınaraq, Ticarət Nazirliyi Rusiyadan bu məhsulların idxalına antidempinq və ya kompensasiya rüsumları tətbiq etməyəcək" - məlumatda qeyd olunur.