BAKI, 17 may. TELEQRAF

Meksikanın Puebla ştatında naməlum şəxslər eyni ailənin 10 üzvünü öldürüblər.

Teleqraf xəbər verir ki, bu barədə “El País” qəzeti Puebla ştatının İctimai Təhlükəsizlik Katibliyinə istinadən məlumat yayıb.

Hadisənin Teuisinqo bələdiyyəsində baş verdiyi bildirilib.

Məlumata görə, ölənlər arasında altı kişi, üç qadın və azyaşlı uşaq olub. Qətlə yetirilənlər arasında iki aylıq körpənin də olduğu qeyd edilib.

Hazırda hadisəni törədən şəxslərin saxlanılması ilə bağlı məlumat verilməyib.