BAKI, 16 may. TELEQRAF
Tezliklə Yaponiyada güclü zəlzələ baş verə bilər.
Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Yaponiya hökumətinin Zəlzələ Tədqiqat Komitəsinin mütəxəssisləri xəbərdarlıq edib.
Onların fikrincə, yavaş sürüşmə - tektonik plitələrin tədricən yerdəyişməsi - sürətlənir. Bu sürətlənmə 20 apreldə Aomori prefekturası sahillərində baş verən 7,7 bal gücündə güclü zəlzələnin episentri yaxınlığında qeydə alınıb.
Seysmoloqlar vurğulayırlar ki, əgər tektonik plitə yerdəyişməsi bu ərazidə sürətlənməyə davam edərsə, 7 bal və ya daha yüksək zəlzələlər baş verə bilər.