BAKI, 14 may. TELEQRAF
İsrailin müdafiə naziri İsrael Katz bu gün keçirilən anım mərasimindəki çıxışında ölkəsinin İran, Livan, Qəzza və Suriyadakı uğurlarını tərifləyib.
Teleqraf xəbər verir ki, bu barədə "Epoch" qəzeti məlumat yayıb.
Katz qeyd edib ki, 7 oktyabr 2023-cü ildə başlayan müharibəyə toxunub.
İsrail müdafiə naziri qeyd edib ki, İsrailin İran, Livan, Qəzza və Suriyadakı fövqəladə uğurları altı günlük müharibəni ( 1967-ci il Ərəb-İsrail müharibəsini) xatırladır.
Eyni zamanda, Katz İsrailin İrandakı missiyasının bitmədiyini vurğulayıb:
"Son bir ildə İran son dərəcə ciddi zərbələr alıb, bu zərbələr onu bütün sahələrdə illərdir geridə qoyub. Amma missiyamız bitməyib. Kampaniyanın məqsədlərinə nail olmalıyıq ki, İran artıq İsrail, ABŞ və azad dünya üçün gələcək nəsillər üçün mövcudluq təhlükəsi yaratmasın. Daha əvvəl də dediyim kimi, bu məqsədlərin reallaşmasını təmin etmək üçün tezliklə yenidən hərəkətə keçməyə hazırıq".