BAKI, 9 may. TELEQRAF
FIFA “Qarabağ” futbol klubuna transfer qadağası tətbiq edib.
Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, qərara əsasən, Ağdam təmsilçisi 3 transfer pəncərəsi vaxtı yeni oyunçu qeydiyyata ala bilməyəcək.
“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Teleqraf-a açıqlamasında bununla bağlı rəsmi məktub daxil olmadığını deyib:
"Problemli məsələ olduğunu düşünmürük. Həftəsonudur, bazar ertməsi məsələ tam aydınlaşar. Hər hansı problemli məsələmiz yoxdur".
Qeyd edək ki, FIFA bu yaxınlarda “Neftçi”yə də eyni qadağanı tətbiq etmiş, sonradan problem aradan qaldırılmışdı.