BAKI, 28 aprel. TELEQRAF
"Avropa İttifaqı Kiyevə silah tədarük etməklə Ukrayna münaqişəsinə getdikcə daha çox cəlb olunur. ABŞ-nin isə Kiyev rejimini dəstəkləməkdə fəallığı azalır. Avropa İttifaqı Kiyevi maliyyələşdirir və silah tədarük edir".
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Andrey Belousov aprelin 28-də Bişkekdə ŞƏT ölkələrinin hərbi idarə rəhbərlərinin görüşündə bildirib.
Onun sözlərinə görə, aprelin 15-də media Rusiya ərazisinə zərbələr endirmək üçün Ukraynaya hücum dronları və onların komponentlərini istehsal edən və təchiz edən Avropa şirkətlərinin siyahısını dərc edib.
"Bu cür hərəkətlər bütün Avropa qitəsində hərbi-siyasi vəziyyətin kəskin şəkildə pisləşməsinə və gözlənilməz nəticələrə səbəb ola bilər", - deyə Rusiya müdafiə naziri bildirib.