BAKI, 29 aprel. TELEQRAF
Rusiyalı oliqarx Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku “böyük mitinq”ə hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Mitinq iyunun 7-də keçiriləcək parlament seçkiləri üçün seçki kampaniyasının rəsmi başlanğıc günü olan mayın 8-nə planlaşdırılıb.
Mitinqin İrəvanda “Respublika” meydanında keçiriləcəyi bildirilir.